Şəbəkə vasitəsi ilə ƏS-nin yüklənməsi
PXE vasitəsi ilə əməliyyat sistemləri necə yüklənir. PXE (Preboot Execution Environment) adından da göründüyü kimi bootdan qabaqkı mühitdir. PXE vasitəsi ilə ƏS yükləyən zaman təbii ki, bizə ilk lazım olan LANdır (və ya WAN). Burda hesab edirəm ki, şəbəkə hazırdır.Local şəbəkəni qurduqdan sonra bizə bir dənə server lazım olacaq. Birinci halda hesab edək ki, server xidmətin windows yerinə yetirir. Onda işə başlayaq.
1.İlk olaraq Tftpd-32 proqramın yükləmək lazımdır.
Yüklə
2.tftp (Trivial File Transfer Protocol) adi fayl köçürmə protokoludur. Bilmirəm hələ də niyə PXE üçün bu protokoldan istifadə edirlər. (təhlükəsizlik məsələsinə görə deyirəm)
3.Bir dənə qovluq yaradın. Harda istəyirsiz yarada bilərsiz, bu qovluğun adın qoyun tftpboot.Mən qovluğu masaüstündə yaratdım.
4.Tftpd32 proqramın açın.Proqramın yuxarısında browse düyməsi ilə yaratdığımız tftpboot qovluğun seçin. Məndə current directory: C:\Documents and Settings\Alik\Desktop\tftpboot şəklindədir.
5.Yaratdığımız qovluqda minimum pxelinux.0, initrd.img,vmlinuz faylları olmalıdır. Bu faylları Linuxun DVDsindən götürürsüz atırsız qovluğa.
6. tftpboot qovluğunun içində bir dənə də qovluq yaradın. Bunun adın isə pxelinux.cfg qoyun. Linux dvdsindən syslinux.cfg fayl köçürüb bu qovluğa yapışdırın (Burda Linux dvdsi deyəndə Scientific Linux nəzərdə tuturam). syslinux.cfg faylının adın dəyişdirib install olunacaq maşının mac addresin yazın.Mac addresi necə tapa bilərsiz? Özünüzü əziyyətə salmıyın.Komputer DHCP serverdən İp adres istəyəndə yəni pxe ilə install olunanda orda komputerin adresi yazılır. Ora baxın və faylın adına həmi adresi yazın. Məndə adress belədir . 01-00-02-b3-d8-e6-d0.
7.Tftpd32 proqramında DHCP server bölməsinə keçin. Bu bölməni aşağıdakına oxşar şəkildə doldurun.
İP pool starting address- ip address neçədən başlasın. Əgər local şəbəkədirsə, onda 192.168.0.0-dan başlaya bilər (məcbur deyil 192.168.0.0-dan başlasın. İstəyirsən 192.168.1.0-dan və ya 192.168.0.100-dən və s başlasın. Amma lokal şəbəkə olduğundan əvvəl 192.168 olmalıdır).
Size of pool: İP addreslərin sayı. Yəni hər komputerə bir ip adres olduğundan belə hesab edək ki, bura komputerlərin sayın yazmaq lazımdır.
Boot file -Ən vacib hissələrdən biri budur.Bura pxelinux.0 yazın. (Bu fayl tftpboot qovluğunda olan fayldır)
Wins/DNS server - Serverin yəni öz windowsunuz ip adresi.
Default router-Buna da mən serverin ip adresin yazdım.
Mask - 255.255.255.0
Bunu da düzəltdik.Save düyməsinə basın və yadda saxlayın.
8.Settings bölməsində bir-iki dəyişikliyə ehtiyac ola bilər. Settings (tftpd32 proqramında lap aşağıda) bölməsində local ports pool:10000:10101 qiymətini yazın.
9.İndi əməliyyat sistemi yüklənəcək komputeri restart edin Ctrl-Alt-Delete.Əgər hər şeyi düz etmisizinsə, onda sizin serverdən ip adresin alacaq. Sonra vmlinuz faylı yüklənəcək və s. Bunların hamısı avtomatik olacaq. Sonra pəncərə gələcək, bu pəncərədə dili seçin.Mən ingilis seçdim.
10.Sonra bir başqa pəncərə gələcək, bu pəncərədə Əməliyyat sistemini nə vasitəsi ilə yüklənəcəyini soruşur. Yəni http, nfs , yoxsa ftp. Local şəbəkə olduğundan httpni yaddan çıxardaq. NFS təhlükəsizlik cəhətdən daha yaxşıdır. Amma sadəlik üçün mən ftp istifadə etdim.FTP seçdikdən sonra bir sonrakı pəncərədə ftp addresi yazın.İkinci xanada isə direktoryanı yazmaq lazımdır. Ora \ yazın.Linuxun dvdsin komputerdə hər hansı bir qovluğa köçürdün. Mən D diskində SLC46 qovluğu yaradıb, ora atdım.
11.Windowsda FTP istifadə etmək üçün mən FilleZilla Server adlı proqramdan istifadə edirəm.
12.FTP əlaqə alındısa, onda ƏS yüklənməyə başlayacaq. Qalan prosedura adi tək komputerə ƏS-nin yüklənməsi qaydası ilə gedəcək.
Qeyd: PXE vasitəsi ilə əməliyyat sistemin yükləyə bilmək üçün biosa girib, orda şəbəkə vasitəsi ilə yükləməni aktiv etmək lazımdır.
Email oxu və pul qazan!



Salam Ali.Bloglar icinde sefer cixmisdim.Tesadufen blogunuza rats geldim.Maraqlidir-maariflendiricidir.İT sahesi menim hobbimdir.Blogumada buyurub baxa bilersiniz.
Sentyabr 18, 2008 11:28