Reklam verin!
Yuma Ailə Jurnalı

Müvəffəqiyyətə necə çataq

Müvəffəqiyyət və ya uğur. İnsan üçün müvəffəqiyyət nədir? Müvəffəqiyyət istədiyini əldə etməkdir, istədiyin kimi yaşamaqdır və istədiyin kimi olmaqdır. İstədiyinə çatmağın yolu isə çalışmaqdır. Lakin çalışmağında yolun bilmək lazımdır. Hər şeyin asan bir yolu var. Təkcə istedadla heç nə alınmır. Məsələn, Edison deyir ki, müvəffəqiyyətin 1% -i istedad, 99 %-i tərdir. Bu Edison bilirsizdə işığı kəşf edənə kimi nə qədər cəhd etdi. Bir yerdə yazırlar 999 dəfə , o biri yerdə daha çox yazırlar.  Amma ona köməkçiləri dedikdə ki, bu qədər cəhd etmisən alınmır ,yenə niyə edirsən? O isə işığı kəşf etməmənin 999 sirrin öyrəndiyini deyir.Götürək, bizim bu Enşteyni. Enşteynin E=mc2 kəşf etməsi, bu Enşteyn uşaq vaxtından işıqla maraqlanır.Hara gedir işığa baxır və işığın sirrin axtarır. Heç universitetdə düzəmməlli oxuya bilmirdi, müəllimləri danlayırdı (bütün yox, özünə lazım olanları oxuyurdu). Amma bu Enşteyn işıqdan əl çəkmirdi. Sevgilisi ilə söhbət edəndə işıq haqqında suallar verir. Axırı bir gün uzanıb istirahət edəndə gözlərinə günəş işığı düşür və bu öz məşhur formulasın tapır. 

Biz deyir ki, Nyutonun başın alma düşdü cazibə qüvvəsin tapdı. Bu alma mənimdə başıma düşür də , mən niyə bir şey tapa bilmirəm? Məsələ ordadır ki, bu dahilər öz hədəfləri ilə yatıb, istəkləri ilə qalxıblar. Yəni gecə yuxuda da öz axtardıqların fikirləşiblər.Bekar oturub, sonra isə müvəffəqiyyət qazanmaq istəyirsiksə, özümüzü aldadırıq.Enşteyn dedim,yadıma nə düşdü. Enşteynin bir sözü var, deyir:"Imagination more important than knowledge". Yəni təsəvvür etmək (təsvir etmək) bilgidən vacibdir. Bilgi öz yerində lazımdır. Bilgisiz adam heç nə təsəvvür etsin onu bilməyəcək. Amma təkcə bilgi ilədə işlər düzəlmir, bilgini özününki etmək lazımdır. Biləndən sonra bildiyini yaşamaq lazımdır. Bildiyimizi beynimizdə canlandırmaq lazımdır.Bu beynimizdə çox qəribə orqandır. Məsələn, bir təcrübə aparıblar. Bu təcrübədə bir qrup kök adam iştirak edib.Təcrübənin məqsədi kök adamları müəyyən qədər arıqlatmaq imiş. Bu adamları bölüblər 2 yerə, bir qrupu hər gün idman edir, diyeta saxlayır, liftə minmir, pilləkanla qalxır. Digər qrup isə oturur evdə rahat, beynində arıq formasın təsəvvür edir. Hər gün səhər-səhər, arıqladıqlarını gözləri önünə gətirirlər. Bir aydan sonra təcrübənin nəticəsində məlum olur ki, hər iki qrup eyni qədər arıqlayıb. Odur ki, bir iş görəndə beynimizdə bunun alınmış variantın canlandırsaq bizə çox köməyi dəyəcək. Birdə pozitiv olmaq lazımdır.Oturub, axşama kimi alınmayacaq, ay nə bilim mənim bəxtim pisdir, ay həmişə belə olur bu sözləri deməkdənsə, baxaq görək nəyi səhv etmişik, haranı düzəltsək nəticəyə çatarıq. Pozitiv olmaq birdə o demək deyil ee , axşama kimi heç nə etmiyim , deyim düzələr. Bu təmbəl olmaqdır. Pozitiv olmaq düzəltməkdir. Pozitiv olanlar alınmayan işdən kədərlənmək əvəzinə nəticə çıxarırlar. Birdə bir məsələ dua məsələsidir. Mən elə bilirdim ki,bu dua təkcə müsəlmanlarda olan bir şeydir. Amma sən demə bu belə deyilmiş.Bu duadan qeyri-müsəlmanlar bizdən çox istifadə edirmiş.Bir araşdırmada ürək xəstələri üzərində aparılıb. Bu ürək xəstələrini yenə bölüblər 2 qrupa bir qrupun sağalmasına dua ediblər, o birinin isə yox.Nəticə çox inanılmaz olub. Dua edilən qrupun ölüm riski 60% az olub.Duanın çox böyük xeyirləri var. Ən sadəsi, nə istədiyin bilirsən və hər gün istiyrsən, nə istədiyini yadına salırsan. Birdə işimizi kiçik hissələrə bölməliyik. Və hər kiçik işi gördükdə özümüzü mükafatlandırmalıyıq. Belə olduqda ruhlanacaq və daha inamla hədəfə doğru gedəcəyik.Bu yazdıqlarımdan aşağıdakı nəticəri aldıq.

  1. Özümüzə hədəf seçməliyik.
  2. Seçdiyimiz hədəfə çatmağın yolların axtarmalıyıq.
  3. Hər gün çalışmalıyıq
  4. Öyrənməliyik və öyrəndiklərimizi yaşamalıyıq.
  5. Beynimizdə hədəfimizi hər gün təsəvvür etməliyik
  6. Pozitiv olmalıyıq. Səhvlərdən nəticə çıxarmalıyıq. 
  7. Dua etməliyik. Allahdan bizə kömək etməsini istəməliyik
  8. Özümüzü mükafatlandırmalıyıq.Öz işimizə qiymət verməliyik.
Hamınıza seçdiyiniz yolda uğurlar!


Email oxu və pul qazan!
1
Shahnaz yazıb:

Bele basa dusdumki, yene program qurmaliyiq:

Neyise istemeliyik; Buna catmaq ucun yollar axtarmaliyiq; Calismaliyiq; Oyrenmeliyik; Tesevvur etmeliyik; Sehflerden netice cixartmaliyiq; Dua etmeliyik...ve MUKAFAT(Bax bu xosuma geldismile)

rolleyes Alik, bu programin algoritmi cox cetin oldu axi..

Sentyabr 11, 2008 10:14

2
Alik yazıb:

Asanlashdirmaq olar. Amma axir-evvel bir yerlerde eziyet cekmek lazim olacaq

Sentyabr 11, 2008 10:39


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

Alik
"Dünəndən öyrən, bugünü yaşa, sabaha ümidlə bax" Albert Enşteyn

Sən dünyanın ən dahi insanısan! Nİyə də yox? Dahi olmaq üçün nəsə kəşf etmək lazımdır? Onda özünü kəşf et. Sahib olduğun potensiyalı gör və işə başla. Hədəf seç, bu hədəfə doğru yorulmadan addımla. Bir gün zirvələri fəth edəcəksən.

"Nə əkərsən, onu biçərsən" sabah meyvə yemək üçün bugün ağac əkmək lazım olduğun unutma!

Axtarış


Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Uğur qazanmağınıza kim və ya nə mane olur?






Açar sözlər

linux  microsoft  proqramlaşdırma  python  beyin  hədəf  uğur  zaman  düşüncə  c++  windows  bash  hekayə  pxe  inkişaf  grid  ip  nlp  qabiliyyət  mysql 

Sayqaç

İndi blogda: 1
Keçən ayın hiti: 5696
Dünənki hit: 163
Bugünki hit: 1
Ümumi hit: 19852

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites