Komputerin qabağında səhərdən işləyirəm. Birdən yadıma düşdü ki, nəfəs almaq lazımdır. :) Bizim beynimizin üçün ən vacib element oksigendir. Oksigeni isə nəfəs almaq vasitəsi ilə qazanırıq. Beynimizi və bədənimizi nə qədər çox oksigenlə təmin etsək, o qədər yaxşı işləyəcək. Çoxumuz "nəfəs almağı" bacarmırıq. Nəfəs almağın müxtəlif yolları var. Antony Robbinsin "Sınırsız Güc" kitabından oxuduğum metod belədir. Nəfəsi burun vasitəsi ilə alırsan. Aldığının 4 qatı qədər müddət saxlayırsan və 2 qatı qədər müddətə buraxırsan. Buraxanda ağız və burundan buraxırsan. Yəni məsələn 4 saniyə nəfəs alırsan 16 saniyə saxlayıb, 8 saniyəyə buraxırsan. 10 dəfə belə nəfəs alırsan, həm beyniniz istirahət edir, həm də biraz çox oksigen gedir. Gündə 3 dəfə belə nəfəs almağın sağlamlığa da çox xeyri var. Digər bir nəfəs almaq metodun isə Melik Duyarın "Konsantrasyonun gücü" kitabından oxumuşam. Melik Duyarın metodunda məqsəd konsantrasyonu artırmaqdır. Bu metod lap sadədir. Birinci əlimizlə burnumuzun bir tərəfin tuturuq o biri tərəfi ilə nəfəs alırıq. 10 saniyə nəfəs alandan sonra o biri tərəfi tutur, bu biri tərəfdən 10 saniyə ərzində nəfəsimizi buraxırıq. 10 dəfə belə edirik. Sonra eyni cür digər burnumuz vasitəsi ilə 10 dəfə nəfəs alırıq. Nəfəs almaqdan vacib nəfəsi buraxmaqdır. Nə qədər nəfəsimizi yaxşı buraxsaq, o qədər yaxşı nəfəs alacayıq. Oksigeniniz bol olsun!!! :))
Maraqlı bir məqalə qarşıma çıxdı. Hər 98 dəqiqədən bir ingilis dilində yeni söz yaranır. Sonuncu yaranan ingiliscə sözlər. Jai Ho!, N00b, Slumdog , Cloud Computing, Carbon Neutral, Slow Food, Octomom, Greenwashing, Sexting.
Mənbə: The Millionth English Word: Web 2.0
Intel Windows Developerlər üçün paralel proqramlaşdırma aləti satmağa başalayıb. 799$ :) Beta test zamanı 75% tester deyib ki, 15 dəqiqə içində faydalı nəticələr ala biliblər. Paralel proqramlaşdırma ilə məşğul olanlara faydalı ola bilər.
Mənbə: Intel Ships Parallel Programming Tool Set
Semantecin verdiyi hesabata bu ay görə 90.4% email spamdır. Keçən ay bu aydan 5.1% az olub, ümumiyyətlə bu hər ay 80% və 95% arasında dəyişir.
Mənbə:90 percent of e-mail is spam, Symantec says
McAfee verdiyi hesabata görə internetdə axtarış zamanı ən riskli söz "screensavers"dir. "screensavers" açarsözünün ən çoxu 59.1% risk təhlükəsi var, orta 34.4% risklidir. Mənim sevimli "free" açarsözümün risk ehtimalı isə 21.3%dir. Digər ən riskli açar sözlər:
Mənbə: The Riskiest Search Terms On The Internet
Oxumaq, işləmək, yaratmaq və s üçün motivasyon lazımdır. Yəqin sizdə də olub, bəzən heç nə etmək istəmirik, təmbəl edirik, elə bil hər şeydən küsmüşük və s. Bu vaxt motivasyonumuzu biraz qaldıra bilsək, yenidən işə geri dönə bilərik. İndi mən də bir dənə youtube motivational videoya baxdım. Videonun mənası, potensiyalımız biz bildiyimizdən çoxdur. Bir az zəhmət və nəticə inanılmazıdır!!!!
Semantic web söhbətin yəqin ki, eşitmisiz. Yəni artıq axtarış sistemləri artıq keyword əsasında işləməyəcək, daha yeni metodlarla lazım olan informasiyanı tez bir zamanda tapacaqlar. Artıq bir dənə belə axtarış saytı fəaliyyətə başlayıb. Gopubmed baxın görün nətər işləyir?
Mənbə: Grid browser finds the meaning of life
Blu-ray 3 qatlı (ölçülü) olub, məlumatın 3 təbəqədə saxlanılmasını təmin edir. İndi isə Avustraliyanın Svinburne universiteti 2 ölçü əlavə etməklə 30 Blu-rayın tutduğu məlumatı tuta bilən DVDnin hazırlanmasının mümkünlüyün tədqiqatlar zamanı tapıblar. Yəni bu yeni disk 5 qatlı olub, təxminən 1.6 TB məlumatı DVD boyda diskdə saxlayacayıq. :)) Kefdir ki. Elə deyil?
Mənbə:
Five-Dimensional DVD Could Store 1.6 Terabytes
Oxumamaq üçün bəhanə heç yoxdur. :) İstədiyimiz kitab, istədiyimiz materyal internetdə var. Hələ video dərsləri demirəm. Dil öyrənmək üçün proqramlar var. Düzdür Azərbaycanca yoxdur. Amma türklərin var. İngilis dilin öyrənməyənlər, təcili belə proqramlardan tapsın. İngilis dilin biləndən sonra isə materyalların içində "boğulacaqsız". Bununla bərabər internetdə open courselar da var. Məsələn MİT nin 1600 dən çox kursu var.
Pulsuz Online MIT kursları Stanford Universitetinin kursları